Ərəblər Barbiyə də hicab taxdı

16:00 | 09.09.2017
Ərəblər Barbiyə də hicab taxdı

Ərəblər Barbiyə də hicab taxdı

Səudiyyə Ərəbistanında dünyanın ən məşhur oyuncaqlarından biri olan "Barbi" gəlinciklərinə hicab taxılıb. İstiPress-in məlumatına görə, gəlinciyin adı da dəyişidirilib.

Bu ölkədə məşhur oyuncağın adı Cennadır. Bu isə ərəb dilində səma mənasına gəlir. 

Gəlinciyin görüntüsünü internetdə bloger Aişa Saddiqi yayıb. O, 5 yaşlı qızı üçün aldığı Cenni sayəsində uşaqların müsəlmanların geyim adət-ənənələri haqqında daha çox öyrənə biləcəyini qeyd edib.

Bundan başqa gəlinciyin qız uşaqlarını vaxtından öncə kosmetik vasitələrdən istifadədən də çəkindirəcəyinə inanırlar. "Cenna müsəlman gəlinciyidir. O, sadə geyinib, hər kəsə hörmətlə yanaşır və Qurandan sitat gətirməyi sevir", deyə bloger qeyd edib. 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM