Erməni jurnaslist Zakaryan azərbaycanlıları hədələyib - VİDEO

15:57 | 24.11.2018
Erməni jurnaslist Zakaryan azərbaycanlıları hədələyib - VİDEO

Erməni jurnaslist Zakaryan azərbaycanlıları hədələyib - VİDEO


Dəfələrlə jurnalist adına yaraşmayan qalmaqallarda adı hallanan Zakaryan yenidən kamera önünə keçərək təxribat xarakterli  material yerləşdirib.  O, Azərbaycan qəbirstanlığını nişan verərək, orda dəfn olunanların ermənilərə qarşı vuruşan şəxslər olduğu deyib.

Daha sonra köhnə yol nişanını göstərərək üzərindəki "Ağdam”, "Füzuli”, "Bakı” yazılarından danışıb. O, qeyd edib ki, Ağdam və Füzuli artıq ermənilərindir, Bakını isə sonraya saxlayıblar.

Qeyd edək ki, bir müddət öncə də Zakaryan özünü biabır etmişdi. O, Azərbaycan hərbçiləri tərəfindən atəşə tutulduğunu iddia etdiyi bir zamanda, əlinə avtomat alaraq əsgərlərimizə atəş açdığı görüntüləri yayılmışdı. Jurnalistikada ən böyük qüsur sayılan bu hərəkəti Azərbaycanla yanaşı, Türkiyə və digər ölkə mətbuatlarında da qınanmışdı.

(a24.az)
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb