Erməni lobbisinin ABŞ-da mövqeləri zəifləyir

16:28 | 13.04.2018
Erməni lobbisinin ABŞ-da mövqeləri zəifləyir

Erməni lobbisinin ABŞ-da mövqeləri zəifləyir

Yerevanda ABŞ mətbuatının Moskvanın yaxın hərbi müttəfiqlərinə qarşı ehtimal edilən sanksiyaları haqda danışıqlarına təlaşla yanaşmağa başlayıblar.

Anews.az erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistanda Vaşinqtonun Yerevana qarşı münasibətində diplomatik yolla dəyişikliyə nail olmaq mümkün olmayacaq.

İndi ABŞ-da olan "güclü” lobbinin köməyinə ümid etmək qalır.  

Ermənilər təsdiq edirlər ki, yol asan olmayacaq.

Belə ki, erməni KİV-nə böyük müsahibə verən amerikaşünas ekspert Areq Qalstyanın fikrincə, əgər ABŞ-ın sanksiyaları tətbiq etmək zərurəti yaranarsa, onda bu, rəsmi Yerevanın Rusiya ilə hərbi-siyasi əməkdaşlığını hansı şəkildə izah etməsindən asılı olmayaraq həyata keçiriləcək.

Onun fikrincə, yalnız Vaşinqtonun erməni lobbisi müəyyən qədər bu mövqeyi tarazlaşdıra bilər, lakin, təəssüflər olsun ki, bu gün erməni lobbisi obyektiv olaraq bu kimi məsələlərlə məşğul olmaq vəziyyətində deyil.

"Onlar bu gün Ağ Evə heç cür təsir göstərə bilmirlər və Senatda onların mövqeyi kifayət qədər zəifdir. Erməni lobbisi Beynəlxalq məsələlər üzrə komitədə həyata keçirilən işlərə cəlb olunublar, lakin bu gün komitə ciddi siyasi qərarların qəbul edilməsinə təsir edə bilmir”, - ekspert bildirib.

Yəni ABŞ-da Ermənistanda olan "çətin” vəziyyəti amerikalılara izah edə biləcək erməni qüvvəsi yoxdur.

Qalstyanın sözlərinə görə, əgər Azərbaycan və Türkiyə lobbilərinin işlərini nəzərə alsaq, vəziyyət Ermənistanın xeyrinə deyil. Ermənistan ehtimal edilən zərbədən qaça bilməyəcək.

Digər erməni eksperti Ruben Meqrabyan qeyd edir ki, Ermənistan birinci risk qrupunda yerləşir.

"Ermənistanla Rusiya arasındakı hərbi əlaqələrin dərinliyi heç kim üçün sirr deyil. Bu haqda, xüsusən silah barəsində xəbərdarlıq artıq edilmişdi. Buna görə də Ermənistan birinci risk qrupunda yerləşir”, - Meqrabyan vurğulayıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti