Ermənilər Qarabağda sülhə qarşı - FOTOLAR

23:41 | 22.04.2016
Ermənilər Qarabağda sülhə qarşı - FOTOLAR

Ermənilər Qarabağda sülhə qarşı - FOTOLAR

Etirazçılar Qarbağla bağlı sənədin imzalanmasından imtina etməyi tələb edirlər.

İrəvan polisi prezident Sarkisyanın iqamətgahına tərəf yürüş edən aksiya iştirakçılarını güc tətbiq edərək dağıdıb, Oxu.Az Armenia Today nəşrinə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, hal-hazırda Ermənistan prezidentinin iqamətgahı qarşısında çoxlu sayda polis qüvvələri cəmləşdirilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları vətəndaşları Baqramyan prospektinə buraxmırlar. Artıq 42 nəfərin həbs edildiyi bildirilir.

"Biz öz ölkəmizin sahibiyik” vətəndaş təşkilatının təşkil etdiyi aksiyada yürüş iştirakçıları prezident Serj Sarkisyana bir sıra tələblər irəli sürüblər.

Onlar Dağlıq Qarabağ münaqişəsi üzrə hər hansı bir sənədin imzalanmasından və ərazi güzəştlərindən imtina etməyi, eləcədə Dağlıq Qarabağda və ətraf ərazilərdə sülhməramlıların yerləşdirilməsinə icazə verməməyi tələb edirlər.

Aksiya iştirakçıları həmçinin Qarabağda ölən hərbçilərin ailələrinə 30 min dollar, yaralılara isə 5 min dollar verməyi tələb edirlər.

Bundan əlavə etirazçılar ölkənin Xarici İşlər naziri Edvard Nalbandyan, Müdafiə naziri Seyran Oqanyan, Ermənistan SQ-nin Baş Qərargah rəisi Yuri Xaçaturovun vəzifələrindən azad edilməsini istəyirlər.
 





www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb