Ermənilərin avtobusu Rusiyaya buraxılmadı

14:08 | 29.08.2017
Ermənilərin avtobusu Rusiyaya buraxılmadı

Ermənilərin avtobusu Rusiyaya buraxılmadı

Ermənistandan Rusiyaya gedən və içərisində 60 sərnişin olan avtobus Vladiqafqazda "Lars” nəzarət-buraxılış məntəqəsindən buraxılmayıb.

AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, nəqliyyat vasitəsi "Avazar” şirkətinə məxsusdur.

Şirkətin rəsmisi Vigen Arutyunyan bəyan edib, avtobusa keçid məntəqəsindən keçməyə icazə verilməyib. Buna səbəb sərnişinlərdən birinin 80 litr spirtli içkini özü ilə aparmasıdır.

Sərhədçilər spirtli içkinin partlayıcı maddə olacağından şübhələnirlər: "Artıq spirtli içki ekspertizaya göndərilib. Onun partlayıcı maddə olması ekspertizadan sonra bəlli olacaq”.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM