Ermənistan İrana dəmir yolu çəkir

16:00 | 04.12.2013
Ermənistan İrana dəmir yolu çəkir

Ermənistan İrana dəmir yolu çəkir

Ermənistan İrana dəmir yolu çəkir. Layihənin dəyəri 3,5 milyard dollar təşkil edir.

ANS TV-nin məlumatına görə, bu barədə Ermənistan Nəqliyyat Nazirliyinin dəmir yol bölməsinin rəhbəri Aşot Şahnazaryan məlumat verib. 316 kilometrlik dəmir yolu Göyçə gölünün kənarındakı Kəvər şəhəri ilə İran sərhədindəki Meğri qəsəbəsini birləşdirəcək. Oradan mövcud dəmir yoluna qoşulacaq.İnşası 6 ilə başa gələcək layihə öz xərcini 28 ilə çıxaracaq, istismar müddəti isə 50 il olacaq. Tikinti işlərinə 2015-ci ildə başlanılması planlaşdırılır. Hələ ki, Ermənistan investor axtarışındadır. Aşot Şahnazaryanın dediyinə görə, layihə üçün hələ ki, investor tapa bilmirlər.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb