Samanta Pauel Ermənistanda sülh sazişindən danışıb

16:34 | 10.07.2024
Samanta Pauel Ermənistanda sülh sazişindən danışıb

Samanta Pauel Ermənistanda sülh sazişindən danışıb

Ermənistan sülh müqaviləsinə daha yaxındır. Bunu USAİD-in meneceri Samanta Pauer deyib. 
 
"Ermənistan on illərdir davam edən münaqişəyə son qoya biləcək sülh müqaviləsinə yaxındır. Hazırda iki ölkənin hökumətlərinin nümayəndələri barışığa yönəlmiş danışıqları davam etdirirlər. ABŞ Ermənistana bu tarixi məqamdan istifadə etmək üçün əlindən gələni edəcək”, - USAİD nümayəndəsi İrəvanda jurnalisrtlərə açıqlamasında deyib. 
 
USAİD Azərbaycanda  nümayəndəliyi olsa da onun fəaliyyəti rəsmi Bakı tərəfindən xoşagələn hesab edilmir. 
 
Belə ki, Azərbaycan Prezidentinin xarici siyasət üzrə köməkçisi Hİkmət Hacıyev keçən ilin noyabrında öz X hesabında "Maskaları çıxarın! Azərbaycanda artıq USAID-in fəaliyyətinə yer yoxdur!", deyə paylaşım edib. 
 
Hacıyev bildirib ki,  "Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 il davam edən işğalı zamanı daha bir milyon azərbaycanlının bədnam və qanlı etnik təmizləməyə məruz qaldığı bir vaxtda ABŞ işğalçı Ermənistan dövlətinin yanında dayanıb". 

Bugün ABŞ-da NATO sammiti çərçivəsində Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Blinkenlə üçtərəfli görüşü gözlənilir. 
 
Bir gün öncə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi istiqamətində açıq sualların sayı xeyli məhdudlaşıb. 
 
İyunun 20-də Ermənistan Azərbaycanla yaxın bir ay ərzində sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan edib. 

Bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Parlament Assambleyasına (TÜRKPA) üzv ölkələrin parlament rəhbərlərini qəbul edərkən deyib ki,  Ermənistan Konstitusiyasını dəyişdirmədən Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanması mümkün deyil. 
 
Daha əvvəl Ermənistan baş naziri Nikol Paşinyan mətbuata bildirib ki, Ermənistan noyabra qədər sülh sazişinin imzalanması ideyası ilə razıdır.  

İyunun  4- də Ermənistan XİN Azərbaycan tərəfdən "Sülh müqaviləsi"nin 9-cu nəşri layihəsi  ilə bağlı təkliflər aldığını deyib.
 
Aprelin 8-də Ermənistan Azərbaycan tərəfinin "Sülh müqaviləsi” layihəsi ilə bağlı son təkliflərinə cavab verdiyini açıqlayıb. 
 
Bundan əvvəl Sülh sənədi ilə bağlı sonuncu təkliflər paketini Azərbaycan Ermənistana təqdim edib.  

Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar 2020-ci ilin noyabrında dayandırılıb. Müvəqqəti olaraq Qarabağa Rusiya sülhməramlıları yerləşdirilib. Sülhməramlıların missiyası 2025-ci il başa çatır. 2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda lokal antiterror əməliyyatları keçirib. İşğaldan azad olunmuş ərazilərdə qalan separatçılar ağ bayraq qaldıdaraq təslim olub. Separatçıların saxta məmurları da həbs olunaraq Bakıya gətirilib. 
 
Hazırda iki ölkə arasında sülh müqaviləsi istimqamətində danışıqlar davam etdirilir. 

 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti