Ermənistanda güclü zəlzələ

11:29 | 07.07.2014
Ermənistanda güclü zəlzələ

Ermənistanda güclü zəlzələ

Ermənistanda 5 bal gücündə zəlzələ olub. ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistan Seysmologiya Xidməti məlumat yayıb. Yeraltı təkanlar iyulun 6-dan 7-ə keçən gecə Ermənistanın üçüncü böyük şəhəri Vanadzordan 13 km cənub-qərbdə, 4 bal gücündə hiss olunub. Ermənistanın rəsmi orqanlarından isə zəlzələnin episentrdə 5 bal gücündə olduğu bildirilib. Zəlzələ 10 km dərinlikdə baş verib. Qeyd edək ki, iyulun 6-da da Vanadzor şəhərindən 7 km cənubda daha bir zəlzələ baş verib. Yeraltı təkanların 3 bal gücündə olduğu bildirilib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb