Ermənistanda qadın deputatlar dalaşdı - VİDEO

20:44 | 28.09.2016
Ermənistanda qadın deputatlar dalaşdı - VİDEO

Ermənistanda qadın deputatlar dalaşdı - VİDEO

 

Ermənistan parlamentində "İrs" partiyasından olan deputat iqtidar əleyhinə kəskin çıxış edib.

 

ANN.Az AzVision.Az-a istinadən xəbər verir ki, Zarui Postancyan yerli icra orqanlarına seçkilər ərəfəsində ölkədəki müəmmalı qətllərdən danışıb.

Konkret Gümrü şəhərinin meri vəzifəsinə namizədliyini irəli sürən müxalif Vardevan Qriqoryanın oğlunun ölümünə toxunan deputat bunun sifarişli qətl olduğunu bəyan edib: "Xalq artıq hər şeyi görür və anlayır. Ermənistanda cəmiyyət sarsıntı içindədir, insanlar ədalətsizlik və qanunsuzluqla idarə olunur. Hazırda xalq yüksək vəzifəli şəxslərin hamısını ölü görmək istəyir. Ermənistan əhalisinin 50 faizi acdır. Oğru məmurlar cəzalandırılmasa, bu baş verəcək", - deyə Postancyan əlavə edib.

Bundan sonra parlamentin iclasında digər qadın deputat - hakim Respublika partiyasının təmsilçisi Karine Poqosyanla Postancyan arasında mübahisə yaşanıb. 

Müxalifət təmsilçisi ona keçmiş baş nazir Ovik Abramyanın qohumu olduğunu xatırladıb, dediklərinin birbaşa ona və yaxınlarına ünvanlandığını bildirib.

Daha sonra zalda mikrofonlar söndürülüb. Vitse-spiker Ermine Naqdalyan tərələri sakit olmağa dəvət edib.



E


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb