Etirazlar Ərdəbilə çatdı, 40 nəfər saxlanıldı

00:30 | 03.01.2018
Etirazlar Ərdəbilə çatdı, 40 nəfər saxlanıldı

Etirazlar Ərdəbilə çatdı, 40 nəfər saxlanıldı

İranın Ərdəbil əyalətində keçirilən etiraz aksiyaları zamanı 40 nəfər saxlanılıb.


Ərdəbil prokuroru Naser Atabati bildirib ki, saxlanılanların əksəriyyəti dindirildikdəm sonra azad edilib, 15 nəfər isə həbsdə qalıb.


Qeyri-rəsmi məlumatlara görə, Təbriz şəhərində etiraz aksiyaları zamanı 90 nəfər saxlanılıb. Lakin bu xəbərlər öz rəsmi təsdiqini tapmayıb.


Qeyd edək ki, dekabrın 28-dən Tehran, Məşhəd və Kermanşah daxil olmaqlaİranın bir neçə şəhərində kütləvi etiraz aksiyaları keçirilir. Yüksək qiymətlərə etiraz olaraq keçirilən aksiyalar daha sonra hökumət əleyhinə nümayişlərə çevrilib. Aksiyalar zamanı 20-dən çox adam ölüb.



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb