“Eurovision-2014” mahnısının türk dilində versiyası təqdim edilib

22:03 | 28.04.2014
“Eurovision-2014” mahnısının türk dilində versiyası təqdim edilib

“Eurovision-2014” mahnısının türk dilində versiyası təqdim edilib

Azərbaycanın “Eurovision-2014” təmsilçisi Dilarə Kazımova türk pərəstişkarları üçün “Start a Fire” mahnısının yeni versiyasını təqdim edib. APA-nın məlumatına görə, “Start a Fire”  balladası türk dilində “Alev Gibi”  adlanır. Təşkilatçılar bildiriblər ki, Dilarə Kazımovanın mahnısı Avropada “Eurovision” fanatları arasında populyarlıq qazanıb: “Pərəstişkarlar və “Eurovision”un başqa iştirakçıları hətta “Start a Fire”  mahnısının kaver-versiyalarını yaradıblar. Dilarə “Start a Fire” mahnısının daha bir neçə müxtəlif dildə versiyalarını yazdırmaq niyyətindədir. Bu yaxınlarda Dilarə mahnısının “Bir qığılcım” adlı Azərbaycan versiyasını təqdim edib”. Qeyd edək ki, Dilarə Kazımova mahnısını bütün dillərdə oxumaq arzusunu dilə gətirib: “İstərdim, mahnımı bütün dillərdə oxuyum ki, tamaşaçılar və dinləyicilər bizim mahnı ilə tanış olsunlar”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb