“Eurovision” təmsilçimiz finalda ikinci hissədə çıxış edəcək - Fotolar

12:50 | 22.05.2015
“Eurovision” təmsilçimiz finalda ikinci hissədə çıxış edəcək - Fotolar

“Eurovision” təmsilçimiz finalda ikinci hissədə çıxış edəcək - Fotolar

Avstriyanın paytaxtı Vyanada "Eurovision 2015” mahnı müsabiqəsinin ikinci yarımfinalı baş tutub.

Modern.az saytının məlumatına görə, 11-ci nömrə altında səhnəyə çıxan və "Hour of the Wolf” mahnısını səsləndirən təmsilçimiz Elnur Hüseynov finala vəsiqə qazanıb.

"Vienner Şdathal” Arenada "Eurovision 2015” mahnı müsabiqəsinin ikinci qrupundan finala vəsiqə qazanan 10 ölkənin təmsilçiləri mətbuat konfransı keçirib və öz təəssüratlarını bölüşüblər.

Hər bir təmsilçinin çıxışından sonra onun finalda hansı hissədə çıxış edəcəyi müəyyənləşdirilib.

Elnur Hüseynov jurnalistlərin "Bu gecə mahnının sözlərində deyildiyi kimi yata biləcəksinizmi” sualına "Ümid edirəm ki, yata biləcəyəm”, - deyə, cavab verib.

Daha sonra Azərbaycandan olan media nümayəndəsi Elnurdan hisslərini mahnı ilə ifadə etməsini istəyib. Təmsilçimiz isə bundan imtina edib:

"Bu an xoşbəxt və şən mahnı oxuya bilmərəm. Çox kədərliyəm. Bunun üçün səbəbim var. Azərbaycanlılar məni başa düşər”.

Mətbuat konfransında keçirilən püşkatmada Elnur Hüseynovun finalda ikinci hissədə səhnəyə çıxacağı bəlli olub.

Təmsilçimizin konfransda mayın 19-da Bakıda baş verən faciə ilə əlaqədar sinəsinə qara lent taxması da diqqətdən qaçmayıb.

Finalda birbaşa iştirak etmək hüququ qazanan ölkələr isə Avstriya, Almaniya, Fransa, İtaliya, Böyük Britaniya, Avstraliya və İspaniyadır.

Müsabiqənin final günü mayın 23-də baş tutacaq.
 




www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM