“Facebook” yeni funksiyasını test edir

19:43 | 29.11.2017
“Facebook” yeni funksiyasını test edir

“Facebook” yeni funksiyasını test edir

"Facebook” administrasiyası səhifə sahibinin selfisindən istifadə olunmasını nəzərdə tutan yeni müdafiə funksiyasını test edir.

Anews.az Lent.az-a istinadən xəbər verir ki, əgər sistem nəyinsə qaydasında olmadığından şübhələnsə, istifadəçidən öz şəxsiyyətini təsdiqləmək üçün selfi çəkib göndərməsini xahiş edəcək.

Beləliklə, həmin səhifədən istifadə edən şəxsin həqiqi və ya saxta olduğu müəyyənləşdiriləcək. Selfini aldıqdan sonra "Facebook” səhifəni müvəqqəti donduracaq və yeni fotonun profil fotosu ilə müqayisəsini aparacaq.       

Yeni funksiya istifadəçilərin səhifələrinin oğurlanması hallarının qarşısını almaq üçün yaradılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM