“Facebook”da videoservis olacaq

09:57 | 11.01.2015
“Facebook”da videoservis olacaq

“Facebook”da videoservis olacaq

Facebook sosial şəbəkəsi özünün videoservisini təqdim etməyə hazırlaşır. Servisdən yanvar ayının sonunda istifadə etmək mümkün olacaq. Hazırda layihə sınaq mərhələsindədir. 

Oxu.Az xəbər verir ki, servis istifadəçilərə onun vasitəsilə videoçarxlar yükləmək və baxmaq, həmçinin real vaxt rejimində şərh etmək imkanı verəcək canlı yayımı izləmək mümkün olacaq. 

Bununla yanaşı, servis vasitəsilə "playlist” yaratmaq mümkün olacaq. "Playlistlər” Facebook profilindəki "Video” bölməsində yerləşəcək. 
Layihə müəllifləri həmçinin unikal dizayn və rahat naviqasiya söz verirlər. 

Qeyd edək ki, hər il Facebook sosial şəbəkəsinə 900 milyon fəal istifadəçi daxil olur ki, onların da çoxu öz dostlarının səhifələrində Youtube çarxlarına baxırlar. 
 
OXU.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb