Falkaodan "Real" açıqlaması

22:52 | 04.08.2014
Falkaodan "Real" açıqlaması

Falkaodan "Real" açıqlaması

"Monako" klubunun hücumçusu Radamel Falkao Madrid "Real"ına transfer olunacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, "AS" qəzetinə danışan kolumbiyalı futbolçu "Monako"dan ayrılmaq istəmədiyini deyib:

"Real"ın mənimlə maraqlanması heç kəsə sirr deyil. Ancaq hazırda məni "Monako"dan başqa bir komanda maraqlandırmır. Məşqlərimi davam etdirib, komandama kömək etmək istəyirəm".

Qeyd edək ki, 28 yaşlı futbolçunun komandasıyla 2018-ci ilə qədər müqaviləsi var. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM