“Fənərbaxça” erməni futbolçuya elçi düşdü

17:46 | 03.05.2014
“Fənərbaxça” erməni futbolçuya elçi düşdü

“Fənərbaxça” erməni futbolçuya elçi düşdü

Türkiyə çempionluğunu vaxtından əvvəl təmin edən “Fənərbaxça” futbol klubu gələn mövsüm üçün transfer hazırlıqlarına başlayır. Apasport.az saytının məlumatına görə, İstanbul klubunun almağa çalışdığı futbolçulardan biri ermənidir. “Fənərbaxça” yeni transferləri həyata keçirmək üçün üzünü Moskva “Spartak”ına çevirib. Komandanın gündəminə gələn futbolçulardan biri “Qalatasaray”ın da transfer siyahısında olan Sərdar Taşçıdır. Taşçı bir müddət öncə Moskvadan ayrılmaq istədiyini dilə gətirib. Onun bu istəyi Moskva klubu tərəfindən də müsbət qarşılanıb. “Spartak” 4 milyon avroya aldığı türk futbolçunu satmağa hazır olduğunu bildirib. “Fənərbaxça”nın almaq istədiyi digər futbolçu isə erməni əsilli Aras Özbilisdir. Mövsümün əvvəlində Krasnodarın “Kuban” komandasından “Spartak”a keçən Özbilis İstanbulda doğulsa da, Ermənistan yığmasında çıxış etməyə üstünlük verib. Artıq “Fənərbaxça”nın menecerləri vasitəsilə Özbilisə təklif irəli sürdüyü də bildirilir. Bəzi məlumatlara görə, erməni futbolçu da Türkiyədə oynamağa müsbət yanaşır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb