FHN-nin əməkdaşlarına sertifikatlar təqdim olundu - FOTOLAR

22:53 | 30.09.2016
FHN-nin əməkdaşlarına sertifikatlar təqdim olundu - FOTOLAR

FHN-nin əməkdaşlarına sertifikatlar təqdim olundu - FOTOLAR

Bu gün Fövqəladə Hallar Nazirliyinin xilasetmə və yanğına qarşı mübarizə əməliyyatının 60 nəfər əməkdaşına meşə yanğınlarına qarşı mübarizə ilə bağlı təlimdə iştirak etdiklərinə görə sertifikatlar təqdim olunub.

ANN.Az xəbər verir ki, Fransız İnstitutunda baş tutan təqdimetmə mərasimində Fövqəladə Hallar Nazirinin müavini Etibar Mirzəyev, Fransanın Azərbaycandakı səfiri Aureliya Buşez, Fransa səfirliyinin daxili təhlükəsizlik ateşesi Bruno Balduk, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları iştirak edib.

Sertifikatların təqdimatı zamanı səfir Aureliya Buşez bildirib ki, 27-30 sentyabr tarixində Fövqəladə Hallar Nazirliyinin xilasetmə və yanğına qarşı mübarizə əməliyyatının 60 nəfər əməkdaşı meşə yanğınlarına qarşı mübarizə ilə əlaqəli iki Fransız mütəxəssisin iştirakı ilə baş tutan təcrübə mübadiləsi seminarında iştirak etmişdir. Təlimlər Fransanın Vierzon şəhərinin xilasetmə mərkəzinin rəhbəri kapitan Sebastian Lakua və Yuxarı Korsikada təlimat və əməliyyat departamentinin rəhbəri leytenant Stiv Villaon tərəfindən keçirilib.

Tədbirdə çıxış edən Fövqəladə Hallar Nazirinin müavini Etibar Mirzəyev vurğulayıb ki, Azərbaycanla Fransa arasındakı əlaqələrin qədim kökü var və bu əlaqələr daim yüksək xətlə inkişaf etdirilir.

"Bakıda fransız mütəxəsislərin bizim yanğınsöndürən və xilasedicilərlə keçirdikləri bu qısamüddətli seminarlar bizim yanğınsöndürənlərin gündəlik həyat fəaliyyətinə  çox güclü təsir edəcək. Belə bir tədbirlərdən biz həmçinin Avstriya dövləti ilə həyata keçiririk. Bu yaxınlarda oktyabrın  9-da Qəbələ şəhərində Avstriyalı mütəxəsislərlə bir yerdə təlim keçiriləcək. Mən arzu etmirəm ki, Fransa və ya Azərbaycanda hər hansı bir fövqaladə hadisə olsun. Amma biz buna hazır olmalıyıq” - deyə nazir müavini bildirib.

Qeyd edək ki, Fransa Daxili İşlər Nazirliyi və Azərbaycan Fövqəladə Hallar Nazirliyi arasında mövcud ikitərəfli əməkdaşlıq 2007-ci ildə imzalanmış hökumətlərarası sazişə əsasən ekspert və təlim mübadiləsi çərçivəsində həyata keçirilib.
 
Vüsal Əzizov
 









www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb