FİFA prezidenti: Krım klubları Ukrayna liqalarında oynamalıdır

19:04 | 12.06.2014
FİFA prezidenti: Krım klubları Ukrayna liqalarında oynamalıdır

FİFA prezidenti: Krım klubları Ukrayna liqalarında oynamalıdır

FİFA konqresinin San-Pauluda keçirilən iclasında Krımın futbol federasiyalarının Rusiya Futbol İttifaqına daxil olması məsələsi müzakirə edilməyib. 
ANN.Az-ın Sportbox-a istinadən verdiyi məlumata görə, bunu FİFA prezidenti Yozef Blatter deyib. 
“Krım məsələsi asan problem deyil. Beynəlxalq nöqteyi-nəzərdən Krım Ukraynanın bir hissəsidir. Bu, o deməkdir ki, əgər Krım klubları peşəkar liqalarda çıxışlarını davam etdirmək istəyirlərsə, bu, Ukrayna liqalarıdır”, - FİFA prezidenti deyib.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM