Foqts: “Ən çətin qrupda oynadıq”

19:04 | 27.06.2014
Foqts: “Ən çətin qrupda oynadıq”

Foqts: “Ən çətin qrupda oynadıq”

Azərbaycan millisinin baş məşqçisi Berti Foqts ABŞ millisinin DÇ-2014-ün qrup mərhələsindəki çıxışına qiymət verib.

Qol.Az-ın Almaniya Futbol İttifaqının saytına istinadən yaydığı xəbərə görə, ABŞ millsində Yurgen Klinsmannın müvəqqəti məsləhətçisi vəzifəsində çalışan Foqts qeyd edib ki, ABŞ mundialın ən çətin qrupunda yarışıb:

“Buna baxmayaraq, biz istədiyimiz xalı toplayıb növbəti mərhələyə çıxacağımıza və Almaniya millisinə müəyyən çətinlik yaradacağımıza inanırdıq. Buna da nail olduq”.

Berti Foqts xarici mətbuata müsahibəsində isə bildirib ki, ABŞ bu yarışda az istirahət edib: “Yurgen Klinsmannın yüksək səviyyəli oyunçuları çox deyil. Amma o, komandasının oyun strategiyasının düzgün müəyyənləşdirə bildi”.

Millimizin məşqçisi ABŞ millisinin çıxışından razı qaldığını da deyib.

Xatırladaq ki, ABŞ millisi G qrupunda dörd xal toplayaraq ikinci yeri tutub və 1/8 finala vəsiqə qazanıb. Bu mərhələdə onlar Belçika millisinə rəqib olublar. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM