"Forbes" Azərbaycan haqqında süjet hazırladı - VİDEO

12:30 | 27.10.2016

"Forbes" Azərbaycan haqqında süjet hazırladı - VİDEO

Ələt qəsəbəsində yerləşən yeni Bakı limanı regionun dəyişən nəqliyyat sxemində mühüm hissə və inkişaf edən Yeni İpək Yolunun mərkəzində istehsalat mərkəzi olacaq.

ANN.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Forbes"in videosüjetində deyilir.

Qeyd olunur ki, liman Qazaxıstandan Avropaya, Rusiyadan İrana iki mühüm nəqliyyat dəhlizinin kəsişməsində yerləşir. Bildirilir ki, yeni Bakı limanının sahəsi 20 kvadrat kilometrdir və gələcəkdə burada azad ticarət zonası yaradılacaq.

Gələcəkdə limanda yükaşırmaları il ərzində 25 milyon ton olacaq və bir milyona yaxın konteyner daşınması mümkün olacaq.

Bildirilib ki, limanın birinci fazasının tikintisi 2017-ci ilə qədər tamamlanacaq və yükaşırma qabiliyyəti 11,5 milyon tona çatdırılacaq.

Yüklərin böyük hissəsi Çin, Mərkəzi Asiya və Avropa arasında daşınacaq.
 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb