Fransa millisində daha bir itki

17:51 | 09.06.2014
Fransa millisində daha bir itki

Fransa millisində daha bir itki

"DÇ-2014"ün iştirakçısı olan Fransa millisi daha bir itki ilə üzləşə bilər.

Qol.Az-ın məlumatına görə, komandanın müdafiəçisi Matye Debuşi Yamayka ilə yoxlama matçında (8:0) zədələnərək sıradan çıxıb.

Fransa yığmasının çalışdırıcısı Didye Deşam futbolçunun zədəsinin ciddi olmadığını bildirmişdi. Lakin "Sky Sports"un yaydığı məlumata görə. Debuşinin zədəsinin ciddidir və təcrübəli futbolçu dünya çempionatını buraxa bilər. Buna yaxın günlərdə aydınlıq gələcək.

Qeyd edək ki, Fransa millisində daha öncə Frank Riberi, Stiv Mandanda və Klemen Qrenier zədə səbəbindən mundialdan kənarda qalıb. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb