Fransa prezidentini şillələyən gənc həbs edilib

09:04 | 08.06.2021
Fransa prezidentini şillələyən gənc həbs edilib

Fransa prezidentini şillələyən gənc həbs edilib

Fransa prezident Emmanuel Makronu şillələyən  gənc fransız həbs edilib.  


Dünya agentliklərinin Fransa telekanalı BFM TV-yə istinadən verdiyi məlumata görə, Fransanın cənub-şərqindəki Valence şəhərində baş tutan  məhkəmə  28 yaşlı işsiz Damien Tarelə 18 ay həbs cəzası verib. O, cəzanın  4 ayını həbsxanada, 14 ayını isə şərti çəkəcək.


Fransa Cinayət Məcəlləsinə görə, Tarel üç ilə qədər həbs və 45 min avro pul cəzası da ala bilərdi. 


Fransız telekanalı xəbər verir ki, Tarel özünü sağçı adlandırıb və Makrona Fransada çürümüş hər şeyi simvollaşdırdığı üçün  şillə vurduğunu deyib. 


"İnanıram ki, Makron ölkəmizin çürüməsini çox dəqiq bir şəkildə təcəssüm etdirir. Əgər Macronu səhərlər bir duelə çağırsaydım, şübhəsiz cavab verərdi" , - deyə Tarel bildirib. 


Fransız millətçilərinin lideri Marine le Pen, Tarelin hərəkətini qınayıb, siyasi müzakirələrdə fiziki zorakılığa yer olmadığını bildiribdir. 


Makronun özü baş verənlərin yalnız bir adamın hərəkəti olduğunu, nifrət və şiddətin demokratiya üçün təhlükə yaratdığını söyləyib. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb