İsrailin xarici ölkələrdəki səfirlikləri yüksək hazırlıq vəziyyətinə gətirilib

10:01 | 05.04.2024
İsrailin xarici ölkələrdəki səfirlikləri yüksək hazırlıq vəziyyətinə gətirilib

İsrailin xarici ölkələrdəki səfirlikləri yüksək hazırlıq vəziyyətinə gətirilib

İsrailin dünya üzrə səfirlikləri İranın İsrail diplomatlarına qarşı hücumları ilə bağlı artan təhdidlərə səbəbindən  yüksək hazırlıq vəziyyətinə gətirilib. Bu barədə The Jerusalem Post məlumat yayıb. 

Bundan əlavə, bəzi səfirlərə təhlükəsizlikləri ilə əlaqədar ictimai tədbirlərdə qatılmamaq tövsiyyə edilib.  

Bu qərarlar Suriyaya hücumu zamanı   İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli üzvü Məhəmməd Rza Zahedinin ölümündən sonra İranın etdiyi təhdidlərlə əlaqədar verilib. 

İsrail mediasının məlumatına görə, xaricdə çalışan diplomatlar öz səfirliklərinin İrandan cavab hədəfi olacağından narahat olduqlarını bildiriblər.

İsrail daha əvvəl dünyanın bir çox yerində səfirlərini geri çağırması və səfirliklərini boşaldılması ilə bağlı xəbərləri təkzib edib. 

İlkin məlumata görə, İsrailin səfirlərini geri çağırmamaq barədə qərarı Xarici İşlər Nazirliyi ilə İsrailin Şin Bet təşkilatı arasında razılaşma əsasında verilib.

Keçən il oktyabrın 8-də  HƏMAS İsrailin cənubunu hücum edərək onlarla dinc sakin, o cümlədən qoca, uşaq və qadını girov götürüb. Bundan bir gün sonra dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən İsrail səfirlikləri də onların təhlükəsizliyinə xüsusi təhdidlər barədə məlumatlandırılıblar.

Bu təhdidlər bəzi səfirliklərdə reallaşıb.

Oktyabrın 13-də İsrailin Pekindəki səfirliyinin əməkdaşı hücuma məruz qalıb və  xəstəxanaya yerləşdirilib.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb