Fransada məscidə maşınla hücum edildi

14:05 | 02.01.2016
Fransada məscidə maşınla hücum edildi

Fransada məscidə maşınla hücum edildi

Fransanın cənubundakı Valans şəhərindəki "Furqan” məscidi hücuma məruz qalıb.

 ANS PRESS-in "Euronews”ə istinadən verdiyi məlumata görə, naməlum şəxs idarə etdiyi avtomobili məscidi mühafizə edən əsgərlərin üstünə sürüb. Hücum edən şəxs əsgərlər tərəfindən atəş açılaraq dayandırılıb. Yaralanan şəxs xəstəxanaya çatdırılıb. 

Hadisə zamanı məsciddə olan 72 yaşlı mömin və bir əsgər yüngül xəsarət alıb. 

Valansın yaxınlığında olan Lion şəhərinin Bron qəsəbəsindən olan 29 yaşlı sürücünün avtomobilini əsgərlərin üstünə sürməsinin səbəbləri hələlik bilinmir. 

Ötən il noyabrın 13-də Fransanın paytaxtı Parisdə 130 nəfərin ölümü ilə nəticələnən terror hadisəsindən sonra bu ölkədə təhlükəsizlik tədbirləri ən yuxarı səviyyəyə çatdırılıb. 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb