Futbolun əfsanəsi geri qayıdır

18:45 | 29.07.2014
Futbolun əfsanəsi geri qayıdır

Futbolun əfsanəsi geri qayıdır

Fransız əsilli ulduz Hindistanda futbola dönmə qərarı verib2011-ci ildə yaşıl meydançalarla vidalaşan Robert Pires yenidən futbola qayıdır.ANS PRESS-in məlumatına görə, fransız əsilli ulduz Hindistanda futbola dönmə qərarı verib. Yeni qurulan Hindistan Super Liqasında oynamaqla hər kəsin diqqətini çəkən Pires bu addımı ilə futbola xidmət edəcək. Fransız əfsanə bu yolla Hindistanda futbolun inkaşafına kömək etmək niyyətindədir.Karierinin ən parlaq dövrünü "Arsenal"da keçirən və futbolu "Aston Villa"da buraxan Piresin Hindistanda hansı klubda forma geyəcəyi maraq mövzusudur.Hindistan Super Liqası təşkilatçılarının rəsmi "Twitter" hesabından bildirilib ki, Pires oktyabr ayında başlayacaq yeni liqada futbola qayıdacaq. 3 ay davam edəcək Liqada 8 komanda mübarizə aparacaq.Daha əvvəl futbola vida edən isveçli Fredrik Lyunberq və ispan Luis Qarsia və Joan Kapdevilya da Hindistan Super Liqasında top qovacaqlar. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb