Gənc diplomat ADU-da oldu - FOTOLAR

19:51 | 07.04.2016
Gənc diplomat ADU-da oldu - FOTOLAR

Gənc diplomat ADU-da oldu - FOTOLAR

Bu yaxınlarda Azərbaycan Dillər Universitetinin (ADU) Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən "Diplomat” klubu və "Mənim Təhsilim, Mənim Gələcəyim” kampaniyasının birgə təşkilatçılığı ilə gənc diplomat, AMEA-nın aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı Dillər Universitetində oldu.

Qonaq seminar çərçivəsində "Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətləri”, "Azərbaycanın regional və beynəlxalq əlaqələri”, "Azərbaycan ilə Yaxın və Orta Şərq ölkələrinin münasibətləri”, "Azərbaycan-İran”, "Azərbaycan-Türkiyə”, "Azərbaycan-Səudiyyə Ərəbistan”, "Azərbaycan-İsrail” və digər mövzularda fikirlərini layihə iştirakçıları ilə bölüşdü.

Seminar iştirakçıları maraqlandıran sualların müzakirəsi ilə davam etdi.

Sonda layihə iştirakçıları xatirə şəkli çəkdirdilər.
 



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM