Gənc jurnalisti iş başında döydülər

16:19 | 15.11.2013
Gənc jurnalisti iş başında döydülər

Gənc jurnalisti iş başında döydülər

"Kanal13" internet televiziyasının gənc reportyoru Hüseyn Əzizoğlu "Gənclik" metrostansiyasında döyülüb. Bu barədə "Yeni Müsavat"-a H.Əzizoğlu məlumat verib.Onun sözlərinə görə, o, metrolarda qəzet satışını qoyulmuş yasaqla bağlı işlədiyi televiziya üçün süjet hazırlayırmış: "Mən qəzetsatanlara yaxınlaşıb qəzet köşkünün hansısa səbəbdən götürüldüyünü soruşdum. Birdən-birə üç nəfər mülki geyimli şəxs məni qəzet köşkünün içinə salaraq döyməyə başladılar. Onların məni nəyə görə döydüklərini anlamadım".18 yaşlı reportyor ona hücum edənlərin 35-40 yaşlı yekəpər kişilər olduğunu bildirib: "Onlar hansısa nazirlikdə işləyirlər. Mən yaxınlıqdakı polisə döyülməyim barədə məlumat verdim, o mənə "get, işinlə məşğul ol" dedi.H.Əzizoğlu döyülmə nəticəsində yüngül xəsarət alıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM