Gənc Tamaşaçılar Teatrı səfərə hazırlaşır - Fotolar

13:51 | 14.10.2015
Gənc Tamaşaçılar Teatrı səfərə hazırlaşır - Fotolar

Gənc Tamaşaçılar Teatrı səfərə hazırlaşır - Fotolar

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı oktyabr ayının 25-də Rusiya Federasiyasının Elista şəhərinə qastrol səfərinə start verəcək.

ANN.Az xəbər verir ki, teatrın mətbuat xidmətindən verilən məlumata görə, kollektiv 4 gün müddətində Milli Dram Teatrın səhnəsində uşaqlar üçün Pərvinin "Dəcəl keçi” və böyüklər üçün Ə.Haqverdiyevin "Xortdanın cəhənnəm məktubları” tamaşalarını nümayiş etdirəcək.

Səfər çərçivəsində Elista Dövlət İncəsənət Muzeyində Gənc Tamaşaçılar Teatrının və eyni zamanda nümayiş olunacaq tamaşaların quruluşçu rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü Elşən Sərxanoğlunun əsərlərindən ibarət sərgi təşkil olunacaq.

Sərgidə rəssamın yüzdən artıq qrafik və yağlı boya ilə işlənmiş əsərlərinin nümayişi nəzərdə tutulub.    

Daha sonra Elista şəhər Filarmoniyasında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının əməkdaşı – aktyor – müğənni İlham Əsədovun iştirakı ilə xalq və müasir bəstəkar mahnılarından ibarət konsertin keçirilməsi də nəzərdə tutulub.



















www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM