Gənc Tamaşaçılar Teatrında 20 yanvar faciəsinin qurbanları anıldılar - Fotolar

20:59 | 19.01.2016
Gənc Tamaşaçılar Teatrında 20 yanvar faciəsinin qurbanları anıldılar - Fotolar

Gənc Tamaşaçılar Teatrında 20 yanvar faciəsinin qurbanları anıldılar - Fotolar

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 20 yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.
 
Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov, teatrın quruluşçu rejissoru, Xalq Artisti Cənnət Səlimova çıxış edərək  xalqımızın tarixinə qanla yazılmış 20 yanvar günündə canlarından keçmiş Vətən övladlarının xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdıqlarını diqqətə çatdıraraq, həmin gün şəhid olmuş, günahsız yerə həbs olunmuş və itkin düşmüş insanların statistikasını açıqlamışlar.
 
Çıxışlardan sonra yazıçı-dramaturq Tamara Vəliyevanın 20 Yanvar faciəsinə həsr olunmuş "Mənim ağ göyərçinim” tamaşası nümayiş etdirilib.
 
Iki gəncin - Aqillə Turanın saf və nakam məhəbbətini tərənnüm etdirən ilk məhəbbət haqqında iki hissəli lirik dramın  quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova, tərtibatçı rəssamı Gürcüstanın Tumanaşvili adına Teatrının baş rəssamı Şota Qlurjidze, musiqi tərtibatçısı Vladimir Neverov, rəqslərin quruluşçusu Vüsal Mehrəliyevdir. Səhnə  əsərində əsas obrazları Əməkdar Artistlər Nəsibə Eldarova, Rahib Əliyev, aktyorlar İlqarə Tosova, Asya Atakişiyeva, Mirzəağa Mirzəyev, Nigar Məmmədova, Ədalər Əbdülsəməd, Eşqin Quliyev, Kərəm Hadızadə, İlham Əsədov, Müşfiq Əliyev, Anar Seyfullayev  və başqaları canlandırıblar.
 
Tamaşanı Kaspi Təhsil Mərkəzinin şagird və müəllim kollektivi izləyiblər.
 
Sabah Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti 20 yanvar faciəsinin qurbanlarını yad etmək üçün Şəhidlər Xiyabanını ziyarət edəcəklər.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb