Gənc Tamaşaçılar Teatrından həftəsonu və dövlət tədbir üçün maraqlı tamaşalar - FOTOLAR

22:56 | 19.04.2016
Gənc Tamaşaçılar Teatrından həftəsonu və dövlət tədbir üçün maraqlı tamaşalar - FOTOLAR

Gənc Tamaşaçılar Teatrından həftəsonu və dövlət tədbir üçün maraqlı tamaşalar - FOTOLAR

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı həftəsonu və nüfuzlu dövlət tədbiri ərəfəsində maraqlı tamaşalar təqdim edəcək. 

Aprel ayının 22-dən - 24-dək – həftəsonu üçün teatrda "Ağ ölüm” (V.Siqarev), "Əlibaba və qırx quldur” (Ərəb Xalq nağılı), "Hasarın o üzü”  (Ə.Əmirli), "Yatmış gözəl” (B.Marvin), "Mənim ağ göyərçinim” (T.Vəliyeva) tamaşaları nümayiş etdiriləcək.  

25-27 aprel tarixlərində Bakıda Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində isə R.Rza "Ana qaz”, L.Nuren "Mən gəldim qızlar” ("Müharibə”), "III Riçard” (U.Şekspir), "Şeyx Sənan” (H.Cavid) tamaşaları həm daimi tamaşaçılarımıza, həm də şəhərimizin qonaqlarına təqdim ediləcək.  

7-ci Qlobal Forumu çərçivəsində tədbir iştirakçılarının asudə vaxtlarının səmərəli keçirilməsi üçün nümayiş etdiriləcək tamaşalar Azərbaycan dili ilə yanaşı, ingilis dilində də təqdim olunacaq. Belə ki, sözügedən tamaşaların ingilis dilində tərcüməsi səhnədə quraşdırılmış subtitrlər (qaçan sətirlər) vasitəsilə ötürüləcək. Bu da xarici qonaqlarımıza tamaşalarımızı daha rahat şəkildə anlamaq imkanı yaradacaq. 
 




















www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb