Gəncə-Bakı aviareysinin sayı artırıla bilər

21:26 | 15.03.2016
Gəncə-Bakı aviareysinin sayı artırıla bilər

Gəncə-Bakı aviareysinin sayı artırıla bilər

Gəncə-Bakı marşrutu ilə aviareyslərin hər gün həyata keçirilməsi təmin edilməlidir.
 
"Report"un verdiyi xəbərə görə, belə bir təkliflə deputat Musa Quliyev parlamanetin bugünkü plenar iclasında hökumətin 2015-ci il hesabatının müzakirəsi zamanı çıxış edib.

"Gəncə-Bakı aviareysi bir qaydaya salınmalıdır. Bunun üçün elə bir böyük vəsait də tələb olunmur. Bu reys gah həyata keçirilir, gah da yox. Bu aviareysdən təkcə həmin bölgənin insanları istifadə etmir. Bu aviareys bir qaydaya salınmalıdır. Bu istiqamətdə hər gün təyyarə reyslərinin təmin olunmasını xahiş edirəm", - deyə millət vəkili qeyd edib.

Qeyd edək ki, hazırda bu marşrutla aviareyslər həftədə üç dəfə (I, V və VII günlər) yerinə yetirilir.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM