"Gəncə hadisələri” ilə əlaqədar həbs olunmuş Urfan Məmmədovun cəza müddəti azaldılıb.
Belə ki, Cinayət Məcəlləsinin 18 maddəsi ilə təqsirli bilinən və 18 il azadlıqdan məhrum edilən Urfan Məmmədovun ittiham olunduğu maddələr üzrə cinayət işinə xitam verilib. Ali Məhkəmə onu yalnız Cinayət Məcəlləsinin 307.3-cü (qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə) maddəsi ilə təqsirli bilib.
Yekunda U.Məmmədov 5 il müddətinə azadlıqdan məhrum edilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !