Gəncənin qəhrəman müdafiəçisi – Cavadxan adına küçə - REPORTAJ

14:55 | 09.07.2015
Gəncənin qəhrəman müdafiəçisi – Cavadxan adına küçə - REPORTAJ

Gəncənin qəhrəman müdafiəçisi – Cavadxan adına küçə - REPORTAJ

Əgər siz Gəncədə olmusunuzsa, onda siz bu şəhərin qəhrəman müdafiəçisi Cavadxan küçəsinə mütləq baş çəkməlisiniz, bu maraqlı küçə Bakının mərkəzi Nizami küçəsini ("Tarqovı”) xatırladır. 
 



Ümumiyyətlə, Gəncə, xüsusilə onun qədim hissəsinin hansısa mənada Bakıyla oxşarlığı var. 
 


Əgər sizə icra hakimiyyəti tərəfdən hərəkət edirsinizsə, küçə su axan fincan formasındakı maraqlı bir fəvvarəylə başlayır. 

Cavadxan küçəsi Gəncənin ən qədim küçələrindən biridir. Buradakı çoxlu maraqlı heykəllər, fəvvarələr, abidələr məkana gözəllik və xüsusilik bəxş edir. Məsələn, gül ləkləri qədim Aərbaycan naxış forması olan buta formasındadır. 
 


Küçədən keçəndə, dərhal ənənə hiss olunur, sanki şəhərin urbanizasiyasından qopub başqa bir atmosferə düşürsən. Burda hətta oturacaqlar da milli üslubdadır və formaca böyük butanı xatırladırlar. 
 


Bir az getdikdən sonra, mən tanış şəkli görüb təəccübləndim. Sən demə, Cavadxan küçəsindəki fəvvarə Bakının fəvvarələr meydanındakı fəvvarənin eynisidir. 
 
 

Hətta bu küçədəki ləklər də zövqlə və dəqiqliklə hazırlanıb. Onlar gözəl memarlıq bəzəkləriylə bəzədiliblər. 
 



Cavadxan küçəsi uzun və hamar prospekt deyil. O, dönmələri birləşdirən kiçik hissələrdən ibarətdir. Mənim diqqətimi ən çox cəlb edən fəvvarələr və insan heykəlləri oldu. Məsələn, əlində çətir tutmuş bu qızın heykəli çox gözəldir və ətraf mühitlə harmoniya təşkil edir.  
 


Diqqətimi cəlb edən digər heykəl Azərbaycan musiqi alətlərini əks etdirən 3 hissədən ibarət abidə oldu. Abidə hərəsi əlində bir musiqi alətini – tar, qaval və kamançanı tutmuş musiqiçilərdən ibarət idi. 
 


Yeri gəlmişkən, bu abidənin qarşısında balaca dairəvi fəvvarə var. 
 


Küçəsinin sonunda yenə bir neçə abidə gözə dəyir. Diqqətinizə çatdırmaq istədiyim birinci abidə yaşlı qadın və kişinin heykəlidir. Bu heykəl bizə  ata-babalarımızı, keçmiş, parlaq uşaqlıq günlərimizi, yaxınlarımızla keçirdiyimiz maraqlı anları xatırladır. Bu abidə sanki beynimizi aydınlaşdırır, sanki bizi uzaq keçmişə aparır. Bir tərəfdən insan uşaqlıq günlərini xatırlaya, digər tərəfdən təsəvvürümüzdə bəy və ağaların mövcud olduğu dövrlərə qayıda bilərik, məsələn, 18-ci əsrə. Səmimi desək, bu abidədə çox maraqlı bir energetika var, buradakı abidələrin cizgiləri çox həssas və doğruçudur. Bu mənim o qədər xoşuma gəldi ki, onun foto çəkdirməyə bilmədim.  
 


Cavadxan küçəsində yerləşən evlərdə lövhələr asılıb, bu lövhələrdə bu və ya digər abidənin tarixi bir irs daşıdığı haqda məlumat verilir. 
 

 

Ancaq mənim Cavadxan küçəsiylə tanışlığımın kuliminasiya nöqtəsi sonuncu fəvvarəylə tanışlıq oldu. Fəvvarənin ortasında hər birinin bir musiqi alətində ifa etdiyi 3 qızın abidəsi var. Günəş şüalarının zərrələri fəvvarənin sularında əks olunanda, mənzərə xüsusilə gözəl olur. 

Bununla da bizim Cavadxan küçəsindəki və Gəncədəki ekskursiyamız başa çatır. Ancaq bizim ümumi səyahətimizin bitməsinə hələ çox var. Davamı olacaq. 
 




















www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb