Gənclər günü münasibətilə “Ağ ölüm” göstəriləcək - Fotolar

21:00 | 01.02.2016
Gənclər günü münasibətilə “Ağ ölüm” göstəriləcək - Fotolar

Gənclər günü münasibətilə “Ağ ölüm” göstəriləcək - Fotolar

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında V.Siqarevin "Ağ ölüm” tamaşası göstəriləcək. Səhnə əsəri 2 fevral Gənclər günü münasibətilə Azərbaycan Dövlət Dəmir Yolu Liseyinin müəllim və tələbə kollektivinə nümayiş etdiriləcək.
 
Azərbaycan Respublikası Prezidentinin "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təsdiq olunmuş tədbirlər planına uyğun olaraq V. Siqarevin "Şeytan ailəsi” adlı əsəri əsasında səhnələşdirilmiş tamaşanın quruluşçu rejissoru Ayla Osmanova, quruluşçu rəssamı Elşən Sərxanoğludur.
 
Gəncləri və yeniyetmələri bu cür qorxulu bəladan çəkindirmək məqsədilə hazırlanan tamaşada əsas obrazları  Əməkdar Artist Nübar Novruzova, aktyorlar Rəzzaq Məmmədov, Vüsal Mehrəliyev, Zülfiyyə Alhüseynova, Səbinə Məmmədova, Manaf  Dadaşov və Anar Seyfullayev canlandıracaqlar.
 
Bu gün dünyanı narahat edən əsas problemlərdən biri narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqdır. Bu problem insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amildir.
 








www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb