Gülən məktəbləri çökdü

13:49 | 04.09.2014
Gülən məktəbləri çökdü

Gülən məktəbləri çökdü

Türkiyədə fəaliyyət göstərən Fətullah Gülənə məxsus məktəblər çökməyə başlayıb.Ölkə qanunvericiliyinə görə, Gülən məktəbləri yalnız özəl status almaqla fəaliyyətlərini davam etdirə bilərlər. Özəl məktəb adı almaq üçün Türkiyə Təhsil Nazirliyinə müraciət edən Gülən məktəblərinin sayı açıqlanıb. 361-ə yaxın təhsil ocağı özəl məktəb status almaq üçün nazirliyə müracitə ünvanladıqları bildirilir.ANS PRESS-in məlumatına görə, aparılan yoxlamalar zamanı bəzi Gülən məktəblərinin özəl məktəbə çevrilmə şanslarının olmadığı üzə çıxıb. Həmin məktəblərin əksəriyyətinin maliyyə problemlərinin olduğu bildirilir. Şagirlərinin böyük hissəsini itirən Gülən məktəbləri “pulsuz təhsil” metodu vəd etməyə başlayıb: “Dövlətin müəyyənləşdiyi puldan başqa heç nə almayacağıq. Məktəblərdən uzaqlaşamayın”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb