Gülər Əhmədova yenə hakim qarşısına cıxacaq

15:30 | 09.04.2014
Gülər Əhmədova yenə hakim qarşısına cıxacaq

Gülər Əhmədova yenə hakim qarşısına cıxacaq

Həbsədə olan Milli Məclisin sabiq deputatı Gülər Əhmədovanın apelyasiya məhkəməsinin tarixi məlum olub. Sabiq millət vəkilinin vəkili Əfsər Talıbov ANS PRESS-ə açıqlamasında, Gülər Əhmədovanın apelyasiya şikayətinə aprelin 11-də, saat 15.00-da baxılacaq. Əfsər Talıbov prossesə yeni hakimin baxacağını da sözlərinə əlavə edib.Qeyd edək ki, bir həftə öncə, Ali Məhkəmədə həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə kassasiya şikayətinə baxılıb. Apellyasiya Məhkəməsinin çıxardığı qərar ləğv edilib. Əfsər Talıbov bildirib ki, məhkəmə kassasiya şikayətini qismən təmin edib. Apellyasiya Məhkəməsində proses qismən istintaqla aparılacaq, əlavə şahid və ekspertlər yenidən dindiriləcək.Xatırladaq ki, fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Ötən il fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G. Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb