Gömrük Komitəsindən sərhəddə saxlanılan tutuquşularla bağlı – AÇIQLAMA

11:37 | 18.02.2016
Gömrük Komitəsindən sərhəddə saxlanılan tutuquşularla bağlı – AÇIQLAMA

Gömrük Komitəsindən sərhəddə saxlanılan tutuquşularla bağlı – AÇIQLAMA

Fevralın 17-də bəzi kütləvi informasiya vasitələri rusiyalı həmkarlarına istinadən Azərbaycan ərazisindən Rusiyaya 380 ədəd tutuquşu keçirilməsi və quşların Rusiya gömrük xidmətinin "Yaraq-Qazmalar” gömrük keçid məntəqəsində aşkar olunması barədə həqiqətə uyğun olmayan məlumat yayıb.

Bu barədə Oxu.Az-a Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən məlumat verilib.
 
Komitədən bildirilib ki, sözügedən 380 ədəd yox, 450 baş tutuquşu məlumatda deyildiyi kimi Rusiya ərazisində deyil, Azərbaycan gömrükçüləri tərəfindən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunda Azərbaycan vətəndaşı Vəliyev Mübariz Əsgər oğlundan aşkar olunub:

"Həmçinin onu da diqqətə çatdırırıq ki, Azərbaycan vətəndaşı Mübariz Vəliyev həmin quşları Rusiyadan Azərbaycana gətirmək istəyərkən "Samur” gömrük postunda saxlanılıb".

Faktla bağlı araşdırma aparılır.
 





www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM