Gömrük Komitəsinin idarə rəisi işdən çıxarılıb

16:33 | 17.01.2023
Gömrük Komitəsinin idarə rəisi işdən çıxarılıb

Gömrük Komitəsinin idarə rəisi işdən çıxarılıb

Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük Risklərinin İdarəolunmasi və Audit Baş İdarəsinin rəisi, gömrük xidməti polkovniki Əliyev Fərid Əlibaba oğlu işdən çıxıb.
 
Bu barədə Komitədən bildirilib.
 
Onun yerinə hələlik təyinatın olmadığı qeyd olunub.
 
Fərid Əliyev 2018-ci ildə Dövlət Gömrük Komitəsi sədrinin sərəncamı ilə Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
 
O, əmək fəaliyyətinə 2009-cu ildə Komitənin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük vergi və yığımları şöbəsinin inspektoru vəzifəsində başlayıb. 2011-ci ildən 2017-ci ilədək DGK-nın Audit və Risk Analizləri İdarəsinin Audit şöbəsinin baş inspektoru, 2017-ci ildən 2018-ci ilədək Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük dəyəri şöbəsinin rəisi vəzifələrində çalışıb.
 
Fərid Əliyev 2018-ci ildə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb