Gürcüstan Rusiyadan birdəfəlik üz çevirir

18:08 | 14.05.2014
Gürcüstan Rusiyadan birdəfəlik üz çevirir

Gürcüstan Rusiyadan birdəfəlik üz çevirir

İrakli Qaribaşvili və Herman Van Rompey assosiasiya sazişi ilə bağlı razılığa gəlib

Gürcüstan Avropa Briliyi ilə assosiasiya haqda sazişi bu il iyunun 27-də imzalayacaq. 

ANS PRESS-in məlumatına görə, bu barədə Gürcüstanın baş naziri İrakli Qaribaşvili Tiflisdə Avropa Şurasının prezidenti Herman Van Rompey ilə görüşdən sonra açıqlama verib.

“Avropa Şurası prezidentinin Gürcüstana səfəri bizim üçün şərəfdir. Görüş zamanı Herman van Rompey dedi ki, Avropa Birliyi avrointeqrasiya prosesində Gürcüstanı dəstəkləyir. Biz Gürcüstanın Avropa Birliyi ilə assosiasiya haqda sazişi iyunun 27-də imzalanması barədə razılığa gəldik”, - deyə İ.Qaribaşvili bildirib.

Baş nazirin sözlərinə görə, görüş zamanı assosiasiya haqda sazişin imzalanması istiqamətində görülən işlər müzakirə edilib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb