Güclü külək Bakıda fəsadlar törətdi - VİDEO

23:45 | 29.11.2018
Güclü külək Bakıda fəsadlar törətdi - VİDEO

Güclü külək Bakıda fəsadlar törətdi - VİDEO


Bu gün günorta saatlarından Bakıda başlayan güclü külək fəsadlar törədib.

Publika.az "Xəzər Xəbər"ə istinadla bildirir ki, paytaxtın müxətlif hissəsində 30-dan çox ağac aşıb, bəzi iaşə obyektlərinə ziyan dəyib.

Xətai rayonu Səməd bəy Mehmandarov küçəsində aşan tut ağacı binanın eyvanına düşüb. Əraziyə gələn Bakı Şəhər Yaşıllaşdırma Təssərüfatı Birliyinin işçiləri təhlükəli vəziyyətdə qalan ağacı doğrayaraq aparıblar.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədovun verdiyi məlumata görə, axşam saatlarına kimi payxtda 30-dan çox ağacın aşması faktı qeydə alınıb. Bu faktların heç birindən insanların xəsarət alması ilə bağlı məlumat daxil olmayıb.

Bakı şəhər İcra Hakimiyyətinin başçısının göstərişinə əsasən gücləndirilmiş iş rejimi elan edilib və səhərə qədər küləyin yaratdığı fəsadların aradan qaldırılması üçün iş görüləcək.




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb