Güləşçilərimiz Batumidə 9 medal qazanıblar

15:07 | 16.06.2016
Güləşçilərimiz Batumidə 9 medal qazanıblar

Güləşçilərimiz Batumidə 9 medal qazanıblar

Gürcüstanın Batumi şəhərində dünya və Avropa çempionu Davit Bedinadzenin şərəfinə yeniyetmələr arasında yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilib.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, Azərbaycan, Gürcüstan, Ermənistan, Türkiyə və Rusiya komandalarının mübarizə apardığı yarışda güləşçilərimiz 2 gümüş və 7 bürünc medal qazanıb.

Yalnız final görüşündə uduzan Əsgər Əlizadə (46 kq) və Fərid Qafarov (54 kq) turnirin gümüş medalına yiyələnib. Bürünc medalları isə yığmamıza Zaur Əliyev, Elçin Quluzadə (hər ikisi 42 kq), Araz Şükürzadə (46 kq), Əli Kərimov (50 kq), Həsən Məmmədli (58 kq), Məhəmməd Alxaslı (85 kq) və Uğur Hacılı (100 kq) qazandırıb.

Bu nəticə ilə yığmamız komanda hesabında Gürcüstan yığmasından sonra ikinci yeri tutub.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb