Gürcüstanda NATO-nun təlimləri başlayıb

17:05 | 11.05.2016
Gürcüstanda NATO-nun təlimləri başlayıb

Gürcüstanda NATO-nun təlimləri başlayıb

Təlimlərdə 500 gürcüstanlı, 650 amerikalı və 150 britaniyalı hərbçi iştirak edir

Gürcüstanın Vaziani hərbi bazasında NATO-Gürcüstan "Layiqli tərəfdaş - 2016" adı atlında hərbi təlimlər başlayıb.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, təlimlərdə iştirak etmək üçün 650 amerikalı və 150 britaniyalı hərbçi Tbilisiyə gəlib.
Təlimlərdə 500 gürcüstanlı hərbçi iştirak edir.

Xatırladaq ki, sayca ikinci olan "Layiqli partnyor" təlimləri mayın 11-26-da Tbilisi yaxınlığındakı Vazianidə keçiriləcək. Ssenaridə sabitliyin bərqərar olunması, hücum və müdafiə kimi hərbi əməliyyatların keçirilməsi nəzərdə tutulub. Təlimlərin məqsədi NATO-nun çevik qüvvələrinə ( NRF) daxil olan Gürcüstan bölüyünün döyüş hazırlığının artırılmasıdır. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb