Göyçayda şagird müəllimini bıçaqladı

21:12 | 03.02.2018
Göyçayda şagird müəllimini bıçaqladı

Göyçayda şagird müəllimini bıçaqladı

Göyçay rayonunda orta məktəbdə bıçaqlanma hadisəsi olub.

Anews.az APA-ya istinadən xəbər verir ki, Göyçay şəhər 7 saylı tam orta məktəbdə hərbi hazırlıq müəllimi Elşən Süleymanov dərs vaxtı 9-cu sinif şagirdi N.B.-ni kobud davranışına görə danlayıb və onların arasında mübahisə yaranıb.

N.B. hirslənərək yaşadığı evə gedib və mətbəx bıçağını götürərək məktəbə qayıdıb. O, müəllimi Elşən Süleymanova yaxınlaşaraq qəflətən onu bıçaqlayıb. Müəllim qolundan bıçaq xəsarəti alıb.

Bıçaq Yaxınlıqdakı müəllimlərin köməyi ilə şagirdin əlindən alınıb. Hazırda faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb