Göygöldə kitab bayramı keçirildi

23:31 | 07.05.2014
Göygöldə kitab bayramı keçirildi

Göygöldə kitab bayramı keçirildi

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibəti ilə Göygöl rayonunda kitab bayramı keçirilib. Milli.Az xəbər verir ki, Rayon İcra hakimiyyətinin, eləcə də ictimaiyyət nümayəndələrinin qatıldığı görüşdə Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin ictimai-siyasi həyatını əks etdirən 300-dək kitab nümayiş olunub. Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin rəsmiləri hər birimizə örnək olan dahi şəxsiyyət Heydər Əliyevin həyatı və fəaliyyəti haqqında ətraflı danışıblar. Qeyd olunub ki, dünya şöhrətli siyasətçinin xalqımız qarşısında xidmətləri əvəzsizdir. Bayram tədbirində kitabsevərlərə zəka və mənəviyyat mənbəyi olan yeni kitablar təqdim olunub. Toplantının gedişatında rayonda Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibəti ilə təşkil olunan müsabiqələrdə qalib gələn məktəblilər mükafatlandırılıb. Tədbirin sonunda bayram konseri təşkil olunub.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM