Hafiz Məmmədov ingilis klubunu satın aldı

09:14 | 11.06.2014
Hafiz Məmmədov ingilis klubunu satın aldı

Hafiz Məmmədov ingilis klubunu satın aldı

Azərbaycanlı iş adamı, “Bakı” FK-nın prezidenti Hafiz Məmmədov İngiltərənin “Şeffild Uensdey” klubunu alıb. ANS PRESS-in məlumatına görə, bu haqda klub saytında klub prezidenti Milan Mandariç məlumat verib.Xarici mətbuat xəbər verir ki, serbiyalı milyarder 50 milyon avro müqabilində klubun səhmlərini Hafiz Məmmədova satıb. Hafiz Məmmədov, həmçinin bu il Fransanın I Liqasında mübarizə aparacaq “Lans” klubunun da sahibidir.Yeri gəlmişkən, yerli mətbuatın iş adamının biznesinin böhran keçirdiyi barədə çeşidli xəbərlər verməsi fonunda Hafiz Məmmədovun İngiltərə klubunu satın alması birmənalı qarşılana bilməz. Çünki Hafiz Məmmədovun Azərbaycanda sahibi olduğu "Bakı" klubunda aylardır futbolçuların maaşı verilmir. Bununla bağlı futbolçular açıq-aşkar narazılıqlarını bildirirlər.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM