Hakerlər Rusiya Bankının hesabından 2 mlrd. rubl oğurlayıb

16:40 | 03.12.2016
Hakerlər Rusiya Bankının hesabından 2 mlrd. rubl oğurlayıb

Hakerlər Rusiya Bankının hesabından 2 mlrd. rubl oğurlayıb

Rusiya Bankı (mərkəzi bank - red.) haker hücumu nəticəsində onun hesabından 2 mlrd. rubl məbləğində vəsaitin oğurlanmasını təkzib edib.
 
"APA-Economics" TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə tənzimləyicinin yaydığı məlumatda deyilir.
 
"Haker hücumu nəticəsində müxbir hesablarımızdan 2 mlrd. rubl məbləğində vəsaitinin oğurlanması barədə yayılan informasiyalar həqiqəti əks etdirmir. Ötən axşam dərc olunan "Maliyyə sabitliyi icmalı"nda 2016-cı il ərzində haker hücumları nəticəsində kommersiya banklarının və onların müştərilərinin üzləşdiyi itkilər barədə məlumat qeyd edilib", - deyə məlumatda qeyd edilib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb