Hakim pensiyadan narazı qaldı, bu üsula əl atdı - Bakıda

13:43 | 10.04.2018
Hakim pensiyadan narazı qaldı, bu üsula əl atdı - Bakıda

Hakim pensiyadan narazı qaldı, bu üsula əl atdı - Bakıda

Bakı Ağır Cinayətlər Məhkəməsinin sabiq hakimi Azər Kəlpəli oğlu Orucov pensiyasının miqdarından narazı olduğuna görə, məhkəməyə müraciət edib.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən sabiq hakimin işinə hakim Şərafət Məmmədova sədrlik edəcək.

Qeyd edək ki, hakimin işində cavabdeh tərəf kimi Dövlət Sosial Fondunun Nəsimi Rayon Şöbəsi tanınıb. 


Şikayətçiyə gəldikdə isə, Azər Orucov bu ilin əvvəlində yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. 
Onu da bildirək ki, Azər Orucov Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işlədiyi dövrdə bir çox məşhur cinayət işlərinə sədrlik edib. 

Qeyd edək ki, Azərbaycanda məhkəmə hakimlərinin maaşı minimum 1500 manatdan başlayır.

Məlumat üçün bildirək ki, hazırda Azərbaycan Məhkəmə Sisitemində 554 hakim fəaliyyət göstərir, 76 hakim yeri isə boşdur.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb