Hamı onun çin olan yuxusundan danışır

11:48 | 25.07.2014
Hamı onun çin olan yuxusundan danışır

Hamı onun çin olan yuxusundan danışır

“Neftçi” Avroliqanın II təsnifat mərhələsində Bakıda 1:2 hesabı ilə məğlub olduğu “Koper”ə Sloveniyada 2 cavabsız qolla qalib gələrək, növbəti mərhələyə adladı.
 
Bu qələbədən sonra hər kəs "Neftçi"nin prezidenti Sadıq Sadıqovun yuxusundan danışır. Publika.az xəbər verir ki, “Neftçi”nin prezidenti oyunun nəticəsini əvvəlcədən proqnozlaşdırmışdı. Bu barədə oxuculara məlumat vermişdik.
 
 Sadıq Sadıqov bildirmişdi ki, yuxuda  qalib gələcəklərini görüb:
 
“Yuxuda görmüşəm ki, qələbə ilə qayıdırıq. İnşallah belə də olar. Proqnozumuza gəlincə, 2:0 hesabı ilə qalib gələcəyimizi düşünürəm”.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM