Havaların soyuması ilə əlaqədar olaraq sürücülərə MÜRACİƏT

14:13 | 09.12.2013
Havaların soyuması ilə əlaqədar olaraq sürücülərə MÜRACİƏT

Havaların soyuması ilə əlaqədar olaraq sürücülərə MÜRACİƏT

Respublika Baş Dövlət Yol Polisi İdarəsi havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə əlaqədar olaraq sürücülərə müraciət edib.İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin APA-ya verdiyi məlumata görə, qış mövsümünün yaxınlaşması və havaların soyuması ilə əlaqədar sürücülərin diqqətli olması xahiş olunur. O, həmçinin sürücülərə xüsusi qış təkərlərindən istifadə etməyi, nəqliyyat vasitələrini texniki baxışdan keçirməyi, qış üçün təkər və işıq faralarını uyğun hala gətirməyi, avtomobillərində zəncir, dartı kəndiri və s. lazımi avadanlıqların olmasını təmin etməyi, təqib məsafəsinə diqqət edərək məcbur qalmadıqca ötmə hərəkəti etməməyi, dumanlı hava şəraitində gündüz saatlarında yaxını göstərən faraları yandırmağı tövsiyə edib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb