Həbs olunan şahzadə bu vəziyyətə düşdü

20:13 | 30.01.2018
Həbs olunan şahzadə bu vəziyyətə düşdü

Həbs olunan şahzadə bu vəziyyətə düşdü

Bir müddət əvvəl paytaxt Ər Riyaddakı "Ritz Karlton” otelində girov saxlanılan Səudiyyə Ərəbistanı şahzadələrindən Valid bin Təlalın yeni görüntüləri ortaya çıxıb.

Axar.az xəbər verir ki, görüntülər İngiltərənin "Deyli Meyl” qəzeti tərəfindən təqdim olunub. Qəzetin iddiasına görə, oteldən çıxarılan şahzadə hazırda ev həbsində saxlanılır.

6 milyard dollar qarşılığında azad edildiyi bildirilən şahzadənin ölkədən çıxışına qadağa qoyulub.

Səudiyyə hökumətinə yaxın bir şəxsin veriyi açıqlamaya görə, şahzadə yaxından izlənilir və ona heç bir halda sərbəstlik verilmir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı şahzadəsi bin Təlal çirkli pulların yuyulması, rüşvət və dövlət malını talamada ittiham olunurdu. Onun 17 milyard dollarlıq sərvətinin olduğu bildirilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb